Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-26 09:54:00
“Tarixdə bu gün” – 26 yanvar nə ilə yadda qalıb?  

Hər günün özünəməxsus tarixi var. Bütün tarixi günlər dünya əhəmiyyətli əhəmiyyətli xarakter daşımasa da, onların baş verməsi bu günün mənzərəsinə bilavasitə təsir edir. Əhəmiyyətli günlərin bir qismi barədə cəmiyyət kitablardan, Kütləvi İnformasiya Vasitələrindən, eləcə də dildən-dilə məlumat alır.

 

AzEdu.az Təhsil Portalı “Tarxidə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

26 yanvar tarixində baş vermiş hadisələri təqdim edirik.

 

26 yanvar 1863-cü ildə Azərbaycan maarifçisi və pedaqoqu Firidun bəy Köçərli anadan olub:

Firidun bət Köçərli 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil alıb. 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olub. 1878-ci ildə Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədi ilə gələn Aleksey Çernyayevski Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparır. Beləcə 1879–1885-ci illər ərzində o, Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır.

 

Açıklama yok.

 

26 yanvar 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov şəhidlik zirvəsinə ucalıb:

 Riad Əhmədov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Riad Əhmədov, 1981–1982-ci illərdə Dövlət Təhlükəsizlik Komitəsinin Minskdəki Ali Məktəbində təhsil alıb. 1984-cü ildə isə DTK-nın Y. V. Andropov adına institutu nəzdindəki kurslarda dinləyici olub.

 Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv  edib. Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşür və uzun illər yeri müəyyən olunmur. 30 sentyabr 2023-cü ildə Riad Əhmədovla Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində vida mərasimi təşkil olunaraq İkinci Fəxri Xiyabanda dəfn edilib.

 

1992-ci ildə itkin düşmüş Milli Qəhrəman Riad Əhmədovun qalıqları TAPILDI

 

26 yanvar 1995-ci ildə Azərbaycan və Xorvatiya arasında diplomatik əlaqələr qurulub:

 28 dekabr 1991-ci il tarixində Xorvatiya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 26 yanvar 1995-ci ildə qurulub.

 

26 yanvar 2008-ci ildə  Azərbaycan müğənnisi,  xanəndə və pedaqoq, Azərbaycan SSR xalq artisti İslam Rzayev vəfat edib:

İ.Rzayev Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri olub.  Peşəkar musiqi təhsilini Bakıda Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda almış (1951-1956), Seyid Şuşinskinin sinifində muğam dəstgahlarını mükəmməl öyrənmişdir. Daha sonra 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

 

İslam Rzayev — Vikipediya