Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-24 10:46:00
Əmək bazarında hansı ixtisaslara tələb var? – iqtisadçıdan RƏY

Ali məktəblərə qəbul olmağa hazırlaşan abituriyentlər üçün ən vacib məqamlardan biri də ixtisas seçimidir.

 

Hazırda əmək bazarında ən çox hansı sahələrə ehtiyac var?

 

AzEdu.az-a açıqlama verən iqtisadçı ekspert Fərid Mehralızadə Azərbaycanda əmək bazarı ilə bağlı ciddi araşdırmalar aparılmadığını qeyd edib:

 

“Bunun bir səbəbi odur ki, Həmkarlar ittifaqları bir institut olaraq o qədər də işlək deyil. Amma xarici ölkələrin təcrübələrində həm dövlət qurumları, həm müstəqil beyin mərkəzləri, həm də Həmkərlar ittifaqları peşələrlə bağlı daimi tədqiqatlar aparırlar. Ona görə bizdə o qədərdə çox məlumat yoxdur. Amma bu günə qədər ictimailəşən məlumatlardan bilirik ki, Azərbaycanda İT sektorunda çalışan və kənd təsərrüfatı ilə bağlı mütəxəssislərə ciddi ehtiyac var”.

 

Ekspertin sözlərinə görə ixtisaslara və peşələrə tələbatın artırılması iqtisadiyyatın strukturundan asılıdır:

 

“Azərbaycanda iqtisadiyyat demək olar ki, neft-qaz sektorundan asılıdır. İnkişaf edən o qədər də sahə olmadığı üçün mütəxəssisə də ehtiyac yoxdur. Yəni dövlətin açıqladığı sahələr İT ekspertləri və kənd təsərrüfatı mütəxəssisləridir. Amma mən hesab edirəm ki, bizdə həm də sosial, humanitar sahələrdə ekspertlərə ehtiyac var. Məsələn, Azərbaycanda təhlükəsizlik eksperti çox azdır və yaxud seysmoloq 1-2 nəfərdir. Ona görə düşünürəm ki, bu tip sahələrdə daha çox kadrların yetişməsinə ehtiyac ola bilər”.

 

Həmsöhbətimiz qeyd edib ki, ali təhsil müəssisələrində tədris proqramı yenilənmir:

 

“Ali təhsil müəssisələrində dərslər keçmişdə olan yanaşmalarla tədris olunur. Heç bir yenilik yoxdur. Dünya ölkələrinin təsnifatı, funksiyaları çox sürətlə dəyişir. Amma Azərbaycan univeristetləri dəyişən struktura bir o qədər tez uyğunlaşa bilmirlər. Elə fənlər var ki, sovet vaxtından tərtib olunan materiallarla keçilir. Ali məktəblərin tədris proqramı tamamilə dəyişib, yenisiylə əvəzlənməlidir”.