Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-23 16:22:00
İxtisas seçiminə valideynlər müdaxilə etməməlidir! - Psixoloq

Azərbaycan gənclərinin əksəriyyəti gələcəklərini valideynlərinə əmanət edirlər. Belə ki, şagirdlərin ixtisas seçiminə ən çox müdaxilə edən şəxs bir çox hallarda onların valideynləridir. Valideynlərə bu seçimi övladlarına buraxmağı təklif edilsə də, “mən onun üçün ən yaxşı olanı bilirəm, onu məndən çox heç kim sevə bilməz” sözləri qarşımızda dayanır.

 

Bəs valideynlər övladlarının ixtisas seçiminə nə dərəcədə müdaxilə etməlidir?

 

AzEdu.az-a açıqlama verən Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Ezgi Şahin bildirib ki, valideynlər övladlarına yalnız yol göstərə bilər, ixtisas seçərkən müdaxilə etmək birmənalı şəkildə qəbuledilməzdir:

 Açıklama yok.

“Abituriyent güclü və inkişaf etdirə biləcəyi tərəflərini yaxşı bilirsə, ixtisas seçmək onun üçün daha asan olacaq. Gənclərin maraq, bacarıq və şəxsiyyət xüsusiyyətlərini nəzərə alaraq ixtisaslar haqqında məlumatlandırılması və buna uyğun olaraq ən uyğun peşəyə yönəldilməsi ilk növbədə ailənin, daha sonra isə müəllimlərin borcudur.

 

İnsanın öz istedad və maraqlarını ilk dəfə tanıdığı dövr uşaqlıq dövrüdür. Araşdırmalara görə, uşaqların ixtisas seçiminə ən çox təsir edən valideynlərdir.  Bəzi valideynlər uşaqların səhv peşəyə yönəlmələrinə səbəb olur. Yalnış peşə seçimi abituriyenti  uzun illər sevmədiyi, heç bir istedadı olmadığı bir işlə məşğul olmağa məcbur edir. Maraq və qabiliyyətə uyğun olmayan ixtisas seçdikdə uşağın həyatı bədbəxt olur. Karyera seçimini şansa buraxmaq düzgün deyil. Bir çox gənc var ki, məcburi təhsil aldığı ixtisasdan imtina edərək başqa sahələrə yönəlir. Nəticədə uzun illərini hədər etmiş olur. Bunu ailələr mütləq nəzərə almalıdır. Onu da unutmamaq lazımdır ki, fərdin seçdiyi ixtisas gələcək həyat standartı və sosial həyatında müəyyənedici rol oynayır”.