Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-23 11:50:00
İşğaldan azad edilən hansı ərazilərdə imtahanlar təşkil olunacaq? - DİM

Mart ayının 3-ündə 11-ci siniflərin, martın 17-də isə 9-cu siniflərin buraxılış imtahanı başlayacaq.

 

Məlum olduğu kimi, ötən ilin mart ayında Zəngilan rayonu, Ağalı kənd tam orta məktəbində buraxılış imtahanı keçirilmişdi. Bu Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan rayonlarda təşkil etdiyi ilk imtahan idi.

 

Bəs bu il işğaldan azad olunmuş hansı ərazilərdə buraxılış imtahanı keçiriləcək? Nə qədər şagird həmin imtahanlarda iştirak edəcək?

 

AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, işğaldan azad edilən ərazilərdə imtahan verənlərin sayı çox deyil.

 

“İmtahan günlərinə uyğun yerlər açıqlananda bu barədə geniş məlumat veriləcək”,- deyə mərkəzdən əlavə olunub.