Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-22 11:00:21
Məktəbli şagirdlərin ölüm faizi artıb

“Orta məktəblərdə şagirdlərin ölüm faizi artıb”. 


Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Kamilə Əliyeva bildirib. 

 

“Biz mətbuatda tez-tez orta məktəb şagirdlərinin ölüm xəbərlərini görürük. Bu ölüm hallarının müxtəlif səbəbləri var. Belə ki, bəziləri intihar, xəstəlik və məsuliyyətsizlikdən ola bilər. Amma biz bütün hallarda bununla bağlı işlər görməliyik. Təklif edirəm ki, Səhiyyə komitəsi ilə bununla bağlı ictimai dinləmə keçirə bilərik”,- deyə o bildirib.  

 

Komitə sədri Bəxtiyar Əliyev isə bildirib ki, belə təssəvür yaranmasın ki, ölkədə ölüm halları çoxdur:

 

“Digər tərəfdən düşünülməsin ki, bununla bağlı araşdırmalar aparılmır. Beynəlxalq statistikanın verdiyi məlumatlara görə, intiharla bağlı ölkədə ölüm halları digər inkişaf etmiş ölkələrə görə aşağıdır. Elə təəssürat yaranmasın ki, Azərbaycanda uşaqlar arasında intihar və ölüm halları çoxdur. Azərbaycanda intihar baş verən zaman dərhal hüquq mühafizə orqanları tərəfindən cinayət işi açılır. Aiddiyatı olan qurumlar bu məsələ ilə məşğuldur”.