Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-19 13:39:00
Magistratura imtahanları: “...bu fənni daha dərindən oxumaq lazımdır”

Ötən günlərdə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən magistratura səviyyəsi üzrə sınaq imtahanı təşəkil olundu. Magistraturaya qəbulun I şans imtahanı isə fevralın 11-də keçiriləcək.

 

Maraqlıdır sınaq imtahanında namizədlər ən çox hansı fənlərin çətinliyindən şikayətçidir? Fevralda keçiriləcək imtahanda iştirak edən namizədlər necə hazırlaşmalıdır?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, bu il magistratura pilləsində keçirilən imtahanlarda bir neçə yenilik var:

 

“Yeniliklərdən biri odur ki, ilk dəfə olaraq imtahan iştirakçılarına sual kitabçaları təqdim ediləcək. Digər bir yenilikdə xarici dil ilə bağlı test tapşırıqlarında yazı bacarıqlarının da yoxlanılmasıdır. Essenin əlavə olunması ilə əlaqədar imtahan vaxtı bir qədər artırılıb. Belə ki, 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır.

 

Ekspertin sözlərinə görə sınaq imtahanında məntiq fənnindən təqdim edilmiş sualların əksəriyyəti riyazi hesablama tələb edən suallar idi:

 

“Sınaq imtahanında tələbələrin yazı bacarıqlarında müəyyən problemlər ortaya çıxdı. Bir neçə gündür ki, sual kitabçasının əsasında sınaq imtahanında təqdim edilən test tapşırıqlarını təhlil edirəm. Təhlil zamanı aydın görmək oldu ki, məntiq fənnindəki tapşırıqların böyük əksəriyyəti riyazi hesablama tələb edən suallardır. Bu proses humanitar və təbiət fənləri üzrə məzun olub magistraturaya qəbul olmaq istəyənlər üçün çətinlik yaradır. Yəni məntiq fənnindən təqdim edilmiş sualların cavablandırılması üçün sürətli və yaxşı riyazi bacarıqlar tələb olunur ki, bu da öz növbəsində bərabərlik prinsipini pozur. Çünki texniki fənlərdən məzun olanlar bu test tapşırıqlarını daha yaxşı cavablandıra bilir.

 

Həmçinin, informatika fənnindən də suallar biraz çətin idi. Bunun üçün mütləq şəkildə bu fənni daha dərindən oxumaq lazımdır. Ümumilikdə sınaq imtahanı fevral ayında keçiriləcək imtahanlara hazırlıq məqsədi daşıyır. Hesab edirəm ki, namizədlər fevralda təşkil olunacaq imtahana daha yaxşı hazırlaşacaqlar”, - deyə fikrini yekunlaşdırıb.