Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-19 09:40:43
TƏKLİF: Buraxılış üçün də sınaq imtahanı təşkil olunmalıdır

Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 18-də ilk dəfə qəbul imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcəyi haqqında məlumat verilib. Özünü sınamaq istəyən bir çox abituriyent həmin sınaq imtahanında iştirak edəcək.

 

Maraqlıdır, namizədlərin əldə etdiyi nəticə qəbul imtahanında toplama ehtimalı varmı? Həmin sınaq imtahanına abituriyentlər necə hazırlaşmalıdır?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eskperti Ramin Nurəliyevin sözlərinə görə sınaq imtahanları hər zaman qəbul imtahanları üçün bir işıqdır:

 

“Dövlət İmtahan Mərkəzi qəbul imtahanı ilə yanaşı, buraxılış imtahanı modelinə uyğun da sınaq tərtib etsə, bu müsbət nəticələnər. Abituriyentlər sınaq imtahanında iştirak etməklə bilik və bacarıqlarını yoxlamaq imkanı əldə edə bilər. Eyni qaydada buraxılış imtahanının tərtib olunması lazımdır.

 

Hesab edirəm ki, fevralın 18-də keçiriləcək sınaq imtahanı abituriyentlər üçün o qədər də faydalı olmayacaq. Bunun səbəbi nədir? Çünki abituriyentlər hazırda yanvar ayının mövzusundadırlar. Bu nə deməkdir? Bu o deməkdir ki, abituriyentlər hələ də tam proqramı yekunlaşdırmayıblar. Proqramı tam bitirməyən abituriyent qəbulun sınaq imtahanında iştirak edəcək. Bu səbəbdən  onlar real nəticələrini bilməyəcəklər”.

 

Ekspert qeyd edib ki, buraxılış imtahanı üçün sınaq imtahanları təşkil olunmalıdır:

 

“Fevral ayında qəbul üzrə deyil, buraxılış imtahanı modelinə uyğun sınaq təşkil edilməsi daha yaxşı olardı. Çünki fevral ayında artıq abituriyentlər buraxılış imtahanının qəbul proqramını demək olar ki, yekunlaşdırmış olacaqlar. Düşünürəm ki, bu proses daha faydalı olardı.

 

Əlbəttə sınaq imtahanlarında abituriyentlərin iştirakını məsləhət görürəm. Lakin bu formada məsləhət görürəm ki, DİM tərəfindən keçirilən sınaq imtahanında iştirak etməklə gedib o həyəcanı yaşasın. Yəni sınaq imtahanıda qəbul formatında keçirilir. Ona görə də imtahanda iştirak etməklə bir növ qəbul imtahanın həyəcanını yaşamış olur.

 

Başqa bir məsələ isə sınaq imtahanlarına ödənilən məbləğlə bağlıdır. Belə ki, həmin sınaq imtahanının ödənişi elə də az deyil. Bu da abituriyentlərin həmin imtahanda iştirakına mane olur. Düşünürəm ki, hazırlıq kurslarının sınaq imtahanları daha münasibdir”.