Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-18 14:17:00
Deputat: Universitetlərin köçürülməsi kütləvi olmamalıdır

Ötən günlərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında qeyd edib ki, universitetlərin köçürülməsi gözlənilir. Həmçinin deputatlar və ictimaiyyət nümayəndələri tərəfindən də tez-tez bu fikirlər səsləndirilir.

 

Qeyd edək ki, Azərbaycanda 44 təhsil müəssisəsi və 7 filial fəaliyyət göstərir. Bakıda yerləşən ali təhsil müəssisələrinin sayı isə 35-dir.

  

AzEdu.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov ali təhsil müəssisələrinin köçürülməsi ilə bağlı məsələyə münasibət bildirib.

 

Qeyd edib ki, biz bu gün universitetlərin köçürülməsini yox, bölgələrdəki universitetlərə daha çox tələbənin cəlbi istiqamətində addımlar atmalıyıq:

 

“Hazırda dövlətin universitetlərin köçürülməsi ilə bağlı müvafiq layihələri var. Mənim bu məsələyə yanaşmam fərqlidir. Universitetlərin köçürülməsi müəyyən çətinliklər yarada bilər. Qeyd etmək lazımdır ki, ali təhsil ocaqları ölkənin və şəhərin mühütini formalaşdırır. Regionlarda da vəziyyətin yaxşılaşdırılması üçün orada olan ali təhsil müəssisələrinə daha çox tələbə cəlb olunmalı, bu istiqamətdə işlər görülməlidir.

 

Universitetlərin köçürülməsi kütləvi formada olmamalıdır. Düşünürəm ki, eyni ixtisaslar üzrə təsis edilən ali məktəblərin birləşdirilməsini nəzərdən keçirməliyik. Məsələn, Lənkəran, Zaqatala ,Şəki, Mingəçevirdə universitetlər var. Məhz bu bölgələrdə tələbələrin qəbul prosesi daha kütləvi olmalıdır".

 

Nigar Nəcəfova