Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-17 11:23:39
Sağlam təhsil mühiti sosial şəbəkədə - yeni virtual müsabiqə

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Sağlam təhsil mühiti - kreativ yanaşmalar” adlı virtual müsabiqəyə start verilir.

 

Bu barədə BŞTİ-dən AzEdu.az-a məlumat verilib.

 

İdarədən bildirilib ki, müsabiqənin əsas məqsədi sağlam təhsil mühitinin təşkili istiqamətində görülən işlərin təbliğ edilməsi, təhsil müəssisələrinin yaradıcı yanaşma və təcrübələrinin geniş yayılması, eyni zamanda ictimaiyyətə çatdırılmasından ibarətdir.  

 

Müsabiqə çərçivəsində paytaxtın təhsil müəssisələrinin sosial şəbəkə səhifələrində sağlam təhsil mühitini əks etdirən qısa şərhlərlə maraqlı videogörüntülər və ya fotoşəkillər paylaşılacaq.

 

Qeyd edək ki, təhsil müəssisələrinin aprelin 1-dək #sağlamtəhsilmühiti haşteqi ilə yayımlanan paylaşımları izləniləcək, ən çox bəyənilən videogörüntü və ya fotoşəkillər qiymətləndiriləcək, həmçinin  BŞTİ-nin sosial şəbəkə səhifələrində yayımlanacaq.