Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-16 10:09:00
Magistraturaya qəbul: “Bu il nəticələr daha yaxşı olacaq” – PROQNOZ

Bu ildən etibarən ilk dəfə magistratura pilləsi üzrə qəbul imtahanlarında tələbələrdən esse yazmaq bacarığı tələb olunur.

 

Bəs, bu yenilik keçid ballarına təsir edə bilərmi?

 

Təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) AzEdu.az-a mövzu ilə bağlı açıqlama verib.

 Açıklama yok.

Ekspert qeyd edib ki, builki qəbul nəticələri ötən illə müqayisədə daha yaxşı ola bilər: “Qəbul imtahanına esse ilə bağlı edilmiş yenilik bakalavların nəticəsinə az da olsa təsir edəcək. Lakin tələbələrin builki nəticələri ötən illə müqayisədə daha yüksək ola bilər. Birinci cəhd magistratura imtahanı fevralın 11-i, ikinci cəhd imtahanı isə düşünürəm ki, may ayında keçirilməsi mümkündür.

 

Yanvarın 14-də Dövlət İmtahan Mərkəzi tərəfindən magistraturura üzrə keçirilən sınaq imtahanı tələbələrin qəbul barədə məlumatlılıq səviyyəsinin artmasında müsbət rol oynayacaq. Bu sınağın üstünlüyü ondan ibarətdir ki, imtahan verən tələbələr 1 ay sonrakı qəbulun modeli ilə təxmini tanış olurlar. Düşünürəm ki, bu aspektdən yanaşaraq onlar fevralda keçirləcək imtahanlara daha yaxşı hazırlaşaraq onları qane edən nəticəni toplaya bilərlər. Təbii ki, istisna hal kimi kimlərsə yaxşı nəticələr əldə edə bilməzlərsə, o zaman onların ikinci cəhd üçün kifayət qədər zamanları qalır ki, həmin müddətdə nəticəni yaxşılaşdıra bilsinlər”.

 

E.Əfəndi bildirib ki, bəzi prestejli ixtisasların balları müəyyən qədər arta bilər: “Baxmayaraq ki, esse müəyyən qədər bal verir, amma ümumi nəticə onu deməyə əsas verir ki, ötən ilə nisbətən bu il bir qədər yaxşı nəticələr gözlənilir. Bununla yanaşı, universitetlərdə ixtisaslar üzrə plan yerlərində müyyən qədər artım gözlənilir. Proqnozuma əsasən deyə bilərəm ki, keçənilki bəzi ixtisaslar üzrə formalaşan keçid balları bu il də öz qüvvəsində qala bilər. Bəzi prestejli ixtisaslarda isə müəyyən qədər artım müşahidə edəcəyik”.