Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-13 09:17:40
UNICEF Kəlbəcər məktəbində olub

BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina de Dominicis Kəlbəcər rayonu Aşıq Şəmşir adına 12 nömrəli tam orta məktəbdə şagird və müəllimlərlə görüşüb.

 

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd təhsil müəssisəsinin müəllim-şagird heyətinin diqqətini baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, onların partlayıcı hərbi sursat və mina təhlükəsinə qarşı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

 

 

Görüşdə Regina De Dominicis şagirdlərlə maarifləndirici söhbət aparıb, partlayıcı qurğuların törədə biləcəyi təhlükədən danışıb və onlara tövsiyələrini verib.

 

 

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” proqramı çərçivəsində görülmüş işlərdən danışıb.

 

 

Görüşdə “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” mövzusunda təqdimat da olub.