Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-20 15:49:00
Məktəblərdə  itmiş ənənə - dərsdənkənar məşğələ və dərnəklər əslində necə  təşkil olunmalıdır?

 

Tez-tez müəllim, direktorlar , ümumiyyətlə, təhsil işçilərindən dərnək , fakültativ məşğələ haqqında fikirlər eşidirik.

“Yoxlama gəlmişdi , dərnəkləri , fakültativləri yoxladı”, kimi ifadələrə də rast gəlirik. Sirr deyil ki, əksər  məktəblərdə  dərnək və dərsdənkənar məşğələlərin təşkili formal xarakter  daşıyır  və direktorun istəyinə hansısa müəllimin daha çox dərs  saatı ilə təmin olunmasına  yönəldilir.

Bəs, əslində necə olmalıdır?

AzEdu.az bununla bağlı maraqlı məqam və diqqətə alınmayan məsələlərə toxunacaq:

Təhsil naziri hər il  cari tədris ili üçün yeni tədris planı təsdiq edir və  əmr imzalayır . Əmrdə “tədris planına əlavələr” adlı bir hissə olur ki , burada tədris planında nəzərdə tutulan dərsdənkənar məşğələlərin zəruri təyinatı ilə bağlı göstərişlər verilir.

Məsələn,  2018-2019- cu il üçün nəzərdə tutulan  tədris planına nəzər salsaq, görərik ki, hər il olduğu kimi, bu il də dərsdənkənar məşğələ qrupları və dərnəklər  üçün şagirdlərin sayı  səkkiz nəfərdən az olmamaqla komplektləşdirilməsi nəzərdə tutulub.

Hər hansı sinifdə şagirdlərin sayı dərsdənkənar məşğələ qrupu təşkil etmək üçün müəyyən edilən normadan az olduqda, şagirdlərin meyl və marağı nəzərə alınmaqla, həmin dərsdənkənar məşğələ qrupuna yaxın siniflərin (məsələn, V-VI, VI-VII, VII-VIII və s.) şagirdlərinin cəlbinə icazə verilməsi qeyd olunub.

Bundan başqa, dərsdənkənar məşğələlərin zəruri təyinatına  birinci  sinifdə dərsdənkənar məşğələlərə ayrılan bir saat dərs cədvəlinə daxil edilməklə “Riyaziyyat” fənninin tədrisinə verilməsi ,   II-IV siniflərdə dərsdənkənar məşğələlərə ayrılan bir saat müəyyən edilmiş məktəblərdə dərs cədvəlinə daxil olunmaqla “Şahmat” fənninin tədrisinə, “Şahmat” fənni keçilməyən məktəblərdə isə yenə “Riyaziyyat” fənninin tədrisinə verilməsi , bütün azsaylı xalqların kompakt yaşadıqları ərazilərdəki ümumtəhsil məktəblərinin birinci sinfində, “Şahmat” fənni keçilməyən məktəblərin isə ikinci ,dördüncü siniflərində, habelə ləzgi dili tədris olunan məktəblərin V-IX siniflərində valideynlər və təhsilalanlar arzu etdikləri halda, dərsdənkənar məşğələlərə ayrılan bir saat dərs cədvəlinə daxil edilməklə onların ana dilinin tədrisinə verilməsi ,   Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı, Xocalı, Zəngilan rayonlarının bütün ümumtəhsil məktəblərinin, habelə Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş ümumtəhsil məktəblərinin VI (altıncı) siniflərində dəsrdənkənar məşğələlərə ayrılmış vaxt hesabına həftədə bir saat olmaqla ikinci yarımildə “Mina təhlükəsinə dair maariflənmə” adlı fakültativ kurs tədris olunması, bütün ümumtəhsil məktəblərində    səkkizinci sinifdə dərsdənkənar məşğələlərə ayrılan saatlardan bir  saatı dərs cədvəlinə daxil edilməklə “Qarabağın tarixi” kursunun tədrisinə ayrılması tədris planına əlavə qeydlər bölməsində öz əksini tapıb.

 Yerdə qalan siniflərdə dərsdənkənar məşğələlərin verilməsi şagirdlərin meyl və bacarıqları nəzərə alınmaqla , onların ərizələri əsasında məktəb rəhbərliyinin əmrinə görə müəyyənləşdirilir.

Dərsdənkənar məşğələlərdə şagirdlərin minimum sayı səkkiz , maksimum sayı isə 15 olur. Dərsdənkənar məşğələlər üçün təlim tərbiyə işləri üzrə direktor müavini tərəfindən ayrıca cədvəl hazırlanır və məktəb direktoru tərəfindən təsdiq olunur. Dərsdənkənar məşğələlər üçün ayrıca jurnal verilir. Həmin jurnalda şagirdlərin adlı siyahısı və keçilən mövzuları qeyd etmək üçün qrafalar olur və fənni tədris edən müəllim tərəfindən qeydiyyat aparılır. Dərsdən kənar məşğələlər dərsdən sonra tədris olunur və cədvələ salınmır. Cədvələ salınan dərsdənkənar məşğələrə görə isə qiymətləndirmə  aparılmır.

Dərnəklərin təşkili qaydası da fakültativ məşğələlərin təşkili qaydalarına bənzəyir. Belə ki , dərnəklərin təşkili zamanı da minimum səkkiz , maksimum 15 uşaq nəzərdə tutulub. Eyni zamanda, dərnəklər hәr hansı bir mәktәbdә dәrnәklәrə ayrılmış  ştat vahidinә (stavkasına) uyğun yaradılır.  Tәhsilalanların meyl vә marağı, habelә mәktәbdә müvafiq tәdris maddi bazanın, pedaqoji kadr tәminatının olması nәzәrә alınmaqla , bir qayda olaraq, fәnn vә incәsәnәt sahәlәri, bәdii vә texniki yaradıcılıq, idman növlәri üzrә yaradılır.

Dәrnәklәrin tәşkilindә әsas mәqsәd tәhsilalanların mövcud potensiallarının inkişafı, mәlumatlılıq sәviyyәsinin artırılması üçün lazımi şәraitin yaradılması, tәdris proqramları әsasında qazandıqları bilik vә bacarıqların genişlәndirilmәsi, onlarda yaradıcılıq vә tәtbiqetmә bacarıqlarının formalaşdırılmasından ibarәtdir.

Dәrnәklәr şagirdlәrin könüllülüyü әsasında tәşkil olunur. Bu vә digәr dәrnәk mәqsәd vә mәzmunundan asılı olaraq, bir, yaxud bir neçә dәrs ili әrzindә fәaliyyәt göstәrә bilәr.  Dövlәt büdcәsi hesabına maliyyәlәşdirilәn dәrnәklәr ibtidai, ümumi orta vә tam orta tәhsil sәviyyәsindә tәhsil alan şagirdlәrdәn tәşkil edilir. Hәmin dәrnәklәr komplektlәşdirilәrkәn sinif sәviyyәsindәn asılı olmayaraq şagirdlәrin marağı, istedad vә intellekti nәzәrә alınır.  

Dәrnәk rәhbәri mәktәb direktorunun әmri ilә tәyin vә azad edilir. Hәr hansı bir dәrnәyә rәhbәr tәyin olunarkәn (müәllim, yaxud kәnardan dәvәt olunan mütәxәssis) onun dәrnәyin istiqamәtinә, mәzmun vә mahiyyәtinә uyğun sәriştә vә peşәkarlığa malik olmasını tәsdiq edәn sәnәdlәr (diplom, sertifikat vә s.) nәzәrә alınır.

Dәrnәklәr dәrsdәnkәnar vaxtlarda vә direktor tәrәfindәn tәsdiq olunmuş cәdvәl üzrә aparılır. Dәrnәklәrin fәaliyyәti yerli tәhsili idarәetmә orqanlarının tәsdiq etdiyi illik plan әsasında tәşkil olunur. Dәrnәk mәşğәlәlәri vә şagirdlәrin davamiyyәti müvafiq jurnalda qeyd edilir. İdman istiqamәtli dәrnәklәrә cәlb edilmiş şagirdlәr üçün onların sağlamlığı barәdә tibbi arayış tәqdim olunmalıdır.  

 

Mәktәbin rәhbәrliyi tәşkil olunan dәrnәklәrin sәmәrәli fәaliyyәti üçün mәsuliyyәt daşıyır. Dәrnәklәrin işinә ümumi rәhbәrlik vә nәzarәt direktor müavinlәrindәn birinin vәzifә bölgüsünә daxil olunur. Dәrnәklәrin dәrs ili (illәri) әrzindәki fәaliyyәti şagirdlәrin cәlb olunduqları dәrnәklәrin tәyinatına uyğun tәdbirlәrdә (sәrgi, müsabiqә, yarış, konsert, olimpiada vә s.) iştirak sәviyyәsinә görә qiymәtlәndirilir. Eyni zamanda  mәktәbdә büdcә vәsaiti hesabına maliyyәlәşdirilәn dәrnәklәrlә yanaşı, bu “Qayda”dan irәli gәlәn tәlәblәr nәzәrә alınmaqla ödәnişli vә ictimai әsaslarla da dәrnәklәr tәşkil oluna bilәr.  Ödənişli dərnəklərin təşkili zamanı təhsil idarəsindən razılıq alınmalı və direktor , dərnək rəhbəri və təhsil idarəsi arasında birgə fəaliyyətlə bağlı üçtərəfli müqavilə bağlanılır və dərnəkdən gələn gəlir lazımi hesaba köçürülür.

Dərnəklər məktəbdə ştat cədvəlinə sinif komplektlərinin sayına uyğun olaraq təşkil olunur . 1 stavka dərnək həftədə 12 saat olmaqla tədris olunur. Əgər dərnəklərin tədrisində və ya təşkilində hər hansı boşluğa yol verildiyi aşkarlanarsa onun dayandırılması ilə bağlı məktəb rəhbərliyi tərəfindən əmr verilə bilər.Sonda onu qeyd etmək istəyirəm ki , dərnək və fakultativ məşğələlərin məktəbdə  qanun çərçivəsində təşkil olunması hər kəsin ürəyincə ola bilrər.  Dərnək və fakultativlərin verilməsi zamanı qanundan kənar nəsə etymək və ya tələbdə bulunmaq yolverilməzdir.

 Elşən Ramizoğlu