Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-06 11:20:00
10 və 11-ci siniflər nə üçün lazımdır?- Nazir 

Biz həqiqətən də 10-11-ci siniflərin məzmununa yenidən baxmalıyıq. Düşünməliyik və müzakirə aparmalıyıq ki, on və on birinci siniflər nə üçündür?

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.

 

"Bu ali təhsilə hazırlıqdırsa, cəmiyyət bizdən bunu tələb edirsə, biz buna uyğun məzmun hazırlayaq. Biz deyiriksə, on və on birinci siniflər yalnız ali təhsilə hazırlıq deyil, bu, həm də şəxsiyyətin formalaşdığı bir dövrdür, o zaman başqa bir model seçməliyik", - nazir vurğulayıb.

 

O qeyd edib ki, bu istiqamətdə müəyyən ilkin çalışmalar var, lakin nazir detalları açıqlamayıb.

 

"Amma inanıram ki, 2024-cü ilin əsas istiqamətlərindən biri məhz bu olmalıdır", - Emin Əmrullayev bildirib.