Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-28 10:19:48
Bu il Peşə təhsilinə qəbul olan tələbələrin sayı - RƏSMİ

Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən bu il Peşə təhsilinə  20 563 nəfər tələbə adını qazanıb.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, həmin tələbələrdən 13 632 nəfər kişi, 6 931 nəfər isə qadındır.

 

Bu il Peşə təhsilinə 17 022 nəfər dövlət sifarişli (DS), 3 541 nəfər isə ödənişli əsaslarla tələbə qəbul olub.

 

Qeyd edək ki, ötən illə müqayisədə qəbul olunan şəxslərin sayı 8 % artıb.