Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-13 10:39:07
İşğal nəticəsində daha çox peşə təhsili pilləsi zərbə alıb

"Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində təhsilin ən çox peşə təhsili pilləsi zərər gördü".

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı deyib.

 

"Bəzən sovet dövründə olan peşə təhsili ilə hazırkı təhsil müqayisə edilir. Və qeyd edirlər ki, bunun bərpası niyə mümkün deyil. Lakin bir şeyin bərpasındansa, onun səmərəli olması çox önəmlidir. Peşə təhsili ölkədə bir insanın təhsil alması üçün dalan rolu oynayır. Bir təhsil səviyyəsindən digərinə keçid çox önəmlidir. Əvvəllər uşaq 9-cu sinfi bitirib, peşə təhsili alırdısa, ondan sonra ali təhsilə gedə bilmirdi. Bunun üçün yenidən məktəbə qayıdıb X-XI sinifləri bitirməli idi. Prosesin belə olması peşə təhsilinə olan marağı da azaltmışdı. Peşə təhsilindən digər təhsil pillələrinə keçidin təmin olunması üçün işlər aparılıb. Hazırda peşə təhsilində subbakalavr təhsili yaradılıb".

 

Nazir qeyd edib ki, bu gün ölkədə 150 mindən çox uşaq doğulursa, əvvəlki ortalamalara nəzərən onların 10-15 mininin peşə təhsilinə yiyələnməsini görürük.