Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-19 22:27:00
Şagirdlər üçün təhlükəsiz həyat

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 272 nömrəli tam orta məktəbdə “Mühafizə və təhlükəsizlik qaydaları” mövzusunda təlimlər keçirilir. BŞTİ-dən AzEdu.az-a verilən məlumata görə, “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan təlimlərin əsas məqsədi şagirdlərdə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətini formalaşdırmaq, bununla bağlı şagirdlərə davranış qaydalarını öyrətmək, müvafiq qaydalarla bağlı onların bilik və bacarıqlarını təkmilləşdirməkdir.

 

Təlimlərin sonunda biliklərin möhkəmləndirilməsi və davamlılığın artırılması məqsədilə şagirdlərə müvafiq test tapşırıqları verilir. Test tapşırıqlarının nəticələrinə əsasən, şagirdlərin keçirilən mövzularla bağlı bilik səviyyəsi yoxlanılır.

 

Təlimlərin üç gün davam etməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakının 32 ümumtəhsil müəssisəsini əhatə edir.