Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-27 15:22:55
Müsabiqə nəticəsində bu qədər müəllim işə qəbul olunub - RƏSMİ

Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən bu il Müəllimlərin işə qəbulu müsabiqəsində 6719 müəllim işlə təmin olunub.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, müəllimlərdən 4368 nəfər müddətsiz, 2351 nəfər isə müddətli müqavilə əsasında fəaliyyət göstərəcək.

 

2529 nəfər isə əlavə yerləşdirmə mərhələsi üzrə müddətli müqavilə ilə işə qəbul olunub.

 

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələri üzrə 244 namizəd işə qəbul edilib.