Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-27 13:35:21
Kimyaçı alim professor elmi adına layiq görülüb

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev kimya elm sahəsi üzrə 2306.01- Üzvi kimya ixtisasından professor elmi adına layiq görülüb.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, ona diplom Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin iclasında Komissiyanın sədri professor Famil Mustafayev tərəfindən təqdim edilib.

 

Qeyd edək ki, Əfsun Sucayev 2008-ci ildə üzvi kimya ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru, 2018-ci ildə kimya elmləri doktoru elmi dərəcəsinə, 2017-ci ildə isə dosent elmi adına layiq görülüb.

 

2005-ci ildən Aşqarlar Kimyası İnstitutunun “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, laboratoriya müdiri və institutun elmi işlər üzrə direktor müavini vəzifələrində işləyib. 2021-ci ildən isə icraçı direktor vəzifəsində çalışır.

 

O, 2021-ci il martın 5-dən Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP İdarə Heyətinin üzvü seçilib.

 

Ümumilikdə 150 elmi əsəri çap olunub. Qlobal elmi informasiya şəbəkələrindən götürülən məlumatlara görə, alimin tədqiqat sahəsi üzrə 60 elmi əsəri müxtəlif beynəlxalq elektron sistemlərinə daxil edilib. Onun əsərlərinə onlara dünya alimləri tərəfindən 1572 istinad edilib.