Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-26 13:18:31
Azərbaycanda hər il 100 əcnəbi təhsil alacaq

Son illərdə ölkəmizdə təhsil alan əcnəbilərin sayının artırılması istiqamətində xeyli işlər görülüb.

 

AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Həsənli söyləyib. O bildirib ki, cari tədris ilindən ölkəmizdə təhsil alan əcnəbilərin sayı 10 minə çatıb. Bu, tarixi rəqəmdir. Gələcəkdə planlar çoxdur.

 

“Ən əlamətdar hadisə isə bu il Ulu Öndər Heydər Əliyev adına beynəlxalq təhsil qrantının təsis olunmasıdır. Bu proqram çərçivəsində 5 il ərzində ölkəmizdə hər il 100 əcnəbi təhsil alacaq. Düşünürük ki, bu proqram Azərbaycan ali təhsilinin beynəlxalq arenada nüfuzuna da təsir göstərəcək", - deyə nazir müavini qeyd edib.