Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-20 12:02:00
Bu azərbaycanlı gənclər Harvard Universitetində TƏHSİL ALIR

Amerika Birləşmiş Ştatlarının, eləcə də dünyanın ən nüfuzlu ali təhsil müəssisəsi hesab edilən Harvard Universitetində hazırda 3 azərbaycanlı gənc təhsil alır. 

 

AzEdu.az xəbər verir ki, İlkin Bayramlı tam təqaüdlə 2018-ci ildə, Ayla Əliyeva və Şəms Polad isə 2023-cü ildə Harvard Universitetində təhsil almaq imkanı qazanıb.



Qeyd edək ki, Ayla Əliyeva “Ivy League”ya daxil olan dünyanın ən nüfuzlu 8 universitetindən üçünə (Harvard, Kolumbiya və Braun) bakalavr təhsil pilləsi üzrə qəbul olunan ilk azərbaycanlı tələbədir. Gənc onlar arasından Harvardı seçib.