Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-19 17:29:40
DİM-də Musiqi sənəti üzrə növbəti seminar keçirilib

Qabiliyyət imtahanlarının Musiqi sənəti istiqaməti üzrə orta ixtisas təhsili müəssisələrinin nümayəndələri ilə seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, 19 dekabr 2023-cü il tarixində xüsusi qabiliyyət imtahanlarının Musiqi sənəti istiqaməti üzrə növbəti seminarı keçirilib.

 

Seminarda Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin, Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kollecinin rəhbər şəxsləri və müəllim heyəti, həmçinin Dövlət İmtahan Mərkəzinin müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər. 

 

İclasda növbəti li üçün keçiriləcək qabiliyyət imtahanlarının qəbul şərtləri və qaydaları müzakirə olunub, həmçinin qiymətləndirmə meyarları və forması ilə bağlı təkliflər irəli sürülüb.

 

2024/2025-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarının qəbul şərtləri, ixtisaslar üzrə proqramlar, qiymətləndirmə meyarları, metodiki tövsiyələr ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış ola biləcəksiniz.