Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-19 11:51:47
Məktəbli şahmatçılar üçün turnir...

Paytaxt məktəbliləri arasında şahmat idman növü üzrə turnir keçirilib.

 

AzEdu.az xəbər verir ki, Bakı şəhəri 216 nömrəli tam orta məktəbdə keçirilən yarış ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.

 

Bakı şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayon Gənclər və İdman sektoru və 216 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə baş tutan yarışda Xəzər rayonundakı məktəblərin şahmatçı şagirdləri mübarizə aparıb.

 

Gərgin mübarizə şəraitində keçən turnirdə 149 nömrəli tam orta məktəbin komandası I, 26 nömrəli tam orta məktəbin komandası II, 234 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

 

Qaliblərə medal və diplomlar təqdim olunub.