Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-18 12:30:46
ADMİU-nun 100 illik yubileyi münasibətilə tamaşa...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunmuş “Maqbet” tamaşasının premyerası keçirilib.


 
AzEdu.az xəbər verir ki, premyerada elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, mədəniyyət nazirinin müavini Səadət Yusifova, millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, professor-müəllim kollektivi, tələbə heyəti və digər qonaqlar iştirak ediblər.


 
Tamaşadan əvvəl ADMİU-nun rektoru Ceyran Mahmudova qonaqları salamlayaraq hər birinə rəhbərlik etdiyi ali təhsil ocağının yubileyinə göstərdikləri diqqətə görə təşəkkür edib, “Maqbet” tamaşasının yeni formatda səhnələşdirildiyini diqqətə çatdırıb.


 
AMEA-nın prezidenti İsa Həbibbəyli çıxışında bütün kollektivi yubiley münasibətilə təbrik edib, ali təhsil müəssisəsinin Azərbaycanın milli mədəniyyət və incəsənətinə layiqincə xidmət göstərdiyini vurğulayıb.


 
Daha sonra qonaqlar Vilyam Şekspirin “Maqbet” əsəri əsasında hazırlanmış eyniadlı faciəyə tamaşa ediblər. Tamaşada rolları Əməkdar artistlərlə yanaşı, ADMİU-nun tələbə və məzunlarından ibarət heyət canlandırıb.