Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-15 11:24:00
Bir şagirdin təhsili üçün xərclənən vəsait AÇIQLANIB

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə bir şagirdin təhsili üçün il ərzində xərclənən vəsaiti açıqlayıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında bildirib ki, bu gün bir şagirdin təhsili üçün 7 min manat xərclənir.

 

Nazir bildirib ki, Bakıda ən böyük tutumu olan məktəbin bir şagirdi üçün bu rəqəm 600 manat, ucqar kənddə 30 min manatdır:

 

"Bu da paylanma baxımından doğru deyil. Dövlət vəsaitindən daha səmərəli, nəticəyönümlü xərclənməsi istiqamətində rasionallaşdırma tədbirlərini davam etdirəcəyik".