Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-15 09:17:00
Qarabağ Universitetində yeni ixtisaslar yaradılmalıdır – Sabiq DEPUTAT

Xəbər verdiyimiz kimi, sentyabr ayından Qarabağ Universitetində tədrisin bərpa olunması nəzərdə tutulur.

 

Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə bu il 800-1000 tələbənin bu universitetdə təhsil alması planlaşdırılır.

 

Bəs Qarabağ Universitetinə daha çox tələbəni cəlb etmək üçün hansı addımlar atılmalıdır?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən sabiq deputat, təhsil eksperti Sona Əliyeva bildirib ki, ən böyük güzəşt Qarabağ Universitetində təhsilin tamamilə ödənişsiz olması olar:

 

“Eyni zamanda tələbələrin yataqxana, nəqliyyat, qidalanma  xərcləri kimi əsas xərclərinin böyük güzəştlərlə təqdim olunması bu universitetə tələbələrin  cəlbini həyata keçirmiş ola bilər. Yeni ixtisasların artırılması və əsasən də yeni və ehtiyac duyulan sahələr üzrə ixtisasların olması da əsas məqamlardan biridir. Hesab edirəm ki, Qarabağ Universiteti yenidən qurmanı hər tərəfli dəstəkləyən və hərəkətverici bir ali məktəbə çevrilməlidir”,- deyə fikrini qeyd edib.