Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-13 21:50:06
Xaçmazda rus dilinin öyrənilməsi üzrə resurs mərkəzi fəaliyyətə başlayıb    

 

 

Bakıdakı Rus evinin Xaçmazda təşkil etdiyi “Yay məktəbi” tədris təşkilatının bazasında rus dilinin öyrənilməsi üzrə resurs mərkəzinin təchiz olunmasına dair tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, açılış mərasimində Azərbaycanın Rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova, İctimai-siyasi və humanitar sektorun baş müşaviri Ramiz Qaflanov, Xaçmaz rayon təhsil sektorunun rus dili və ədəbiyyatı metodisti Rəna Eyvazova və “Yay məktəbi” resurs mərkəzinin direktoru Kəmalə Niftəliyeva iştirak ediblər.

 

Mərkəzin fəaliyyətinin əsas vəzifəsi rus dilinin inkişafı və təşviqi sahəsində qarşılıqlı fəaliyyəti genişləndirməkdən, tədris və bədii ədəbiyyatı əlçatan etməkdən, yeni müasir təhsil məkanından istifadə etməklə rus dilində təhsilə çıxışı təmin etməkdən ibarətdir.

 

Növbəti resurs mərkəzi “Inter School Company” tədris təşkilatının bazasında dekabrın 14-də Sumqayıtda, dekabrın 16-da isə Gəncədə Rus icmasının şöbəsində açılacaq.