Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-13 15:04:00
Atası qətlə yetirilmiş DİREKTOR: “Şuşada onun ruhunu hiss etdim”

Şuşa şəhər 1 nömrəli tam orta məktəbə 30 ildən sonra direktor təyin olunub.

 

Bu vəzifə Şuşa şəhərinin keçmiş icra başçısı olan Mikayıl Gözəlovun qızı Səbinə Gözəlovaya həvalə edilib.

 

AzEdu.az Təhsil Portalı bu münasibətlə Səbinə xanımla əlaqə saxlayıb.

 

Müsahibimiz Şuşa şəhər 1 nömrəli məktəbə təyin olunmamışdan öncə Qəbələdə Şuşa məktəbində fəaliyyət göstərdiyini söyləyib...

 

-2009-cu ildən Era tam orta məktəbində ingilis dili müəllimi kimi fəaliyyət görtərmişəm. Daha sonra ailə həyatı qurduğuma görə Qəbələ rayonunda yaşamağa başladım. Müəllimlərin işə qəbulu imtahanından keçərək yerdəyişmə ilə Qəbələdə Şuşa məktəbinə ingilis dili müəllimi kimi fəaliyyət göstərməyə başladım. 2017- ci ildə işə qəbul müsabiqəsində iştirak edib yüksək göstərici ilə il Şuşa şəhər 24 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə təyin olundum. Hazırda isə Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoruyam.

 

- Səbinə xanım, Şuşa məktəbində direktor vəzifəsinə təyin olunmanız sizdə hansı təəssüratları yaratdı ?

 

- O hissləri ifadə etmək çox çətindir. Çünki həmin təəssüratları sadəcə olaraq hiss etmək lazımdır. 30 il əvvəl kövrək hissi ilə Şuşadan ayrılan balaca uşaq bu gün qürur və fəxr hissini keçirir. Mənim ən böyük arzum Şuşada məktəbdə müəllim, rəhbər kimi fəaliyyət göstərmək olub...

 

-Şuşadan ayrıldığınız günü necə xatırlayırsınız?

 Açıklama yok.

-Atam Mikayıl Gözəlov Şuşa şəhəri uğrunda canını fəda edən şəxslərdən biri olub. Çalışdığı Şuşa Rayon İcra Hakimiyyəti dövründə bir çox əməliyyatlara başçılıq edib. Atamın qətlə yetirildiyi gün biz oradan ayrılmaq məcburiyyətində qaldıq. Daha sonra bir daha Şuşaya geri qayıtmamışıq.

 

-Bildiyim qədərilə bu yaxınlarda Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə olmusuz. Bu sizin üçün necə bir hiss idi?

 Açıklama yok.

- Məktəbin həyətində bir neçə saniyə dayandım və binaya, şəhərə baxış keçirən an düşündüm ki, yüksək səviyyəli elm xadimləri, alimlər, professorlar vətənpərvər və müasir vətəndaşlar yetişdirməliyik. Şəhidlərimizin bizə əmanət etdiyi bu torpaqlarda ən yüksək səviyyədə şagirdlərin yetişdirilməsinə nail olmalıyıq. Artıq 30 ildən sonra balaca bir uşağın kövrək hislərlə ayrıldığı Şuşaya məktəbin rəhbəri kimi qayıtmağı çox qürurvericidir. 30 ildən sonra Şuşaya geri dönəndə bir an gözümdə atam canlandı. Hiss edirəm ki, o hər zaman mənim yanımdadır. Hətta uşaq kimi düşündüm ki, atam Şuşanın hansısa binasından boylanar, baxar. Düşünürəm ki, atamın sevgisi, Şuşaya olan bağlılığı daim yaşayacaq. Biz onun ruhunu yaşadacağıq. 

 

-Sizcə, məktəb idarəsində çətin məqamlar varmı?

 

- Düşünürəm ki, çətin məqamlar olur, lakin olduqca çox deyil. Məktəbin infrastrukturu, yerləşdiyi mühit çox gözəldir. Məhz həmin məktəbdə 30 ildən sonra əhali yeni həyata, iş yerinə uyğunlaşacaqlar. Bu prosesə ayaqlaşmaq üçün bir direktor olaraq əlimdən gələni əsirgəməyəcəyəm.

 

-Məktəb direktoru olaraq hansı yeniliklər etmək fikrindəsiniz?

 

-İlk olaraq düşünürəm ki, şagirdlərimiz dil bacarığına mütləq yiyələnməlidir. Bu yeniliklərə İT sahəsində biliklər də daxildir. Hansı ki, müasir texnologiyalardan düzgün istifadə qaydaları təhsilalanlara müvafiq şəkildə öyrədiləcək.

 

-Son olaraq, həmkarlarınıza nə kimi tövsiyələriniz var?

 

-İnsanlar hər zaman məqsədini böyük tutmalıdır. İlk növbədə özünə inanmalı və işini düzgün şəkildə, sevərək icra etməyi bacarmalıdır. Şuşada həyata keçirmək istəyim arzularım, planlarım çoxdur. Bunlara nail olmaq üçün daima səy göstərəcəm.

 

Qeyd edək ki, Mikayıl Gözəlov 1948-ci il aprel ayının 5-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Novruzlu kənd orta məktəbini bitirdikdən sonra o zamankı Azərbaycan Politexnik İnstitutunu bitirib. 1969-cu ildə təyinatla Şuşa şəhərindəki 92 nömrəli Tikinti İdarəsinə gəlib. Əmək fəaliyyətinə tikinti ustası kimi başlasa da, 1976-cı ildə çalışdığı idarənin rəisi vəzifəsinədək yüksəlib.



M.Gözəlov Şuşanın və Qarabağdakı digər azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi işinə rəhbərlik edib, bu yaşayış məntəqələrinin bütün problemlərinin həllində, sosial-iqtisadi inkişafında mühüm rol oynayıb.


Milli Ordunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub. Şuşanın ermənilər yaşayan Qala dərəsi, Böyük Qala dərəsi, Salatınkənd kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edib.