Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-10 13:39:33
13 yaşlı yeniyetmə özünü bıçaqlayıb

Şahbuz rayonunda 13 yaşlı yeniyetmə özünü bıçaqlayıb.

 

AzEdu.az xəbər verir ki, hadisə dünən gecə baş verib. Rayon sakini 2010-cu il təvəllüdlü Məmiyev Adəm Anar oğlu özünü bıçaqlayıb.

 

O, təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.

 

İlkin məlumata görə, A.Məmiyev ailə-məişət zəminində özünə xəsarət yetirib.

 

Faktla bağlı araşdırmalar davam edir.