Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-08 14:40:05
Aşpaz ixtisası üzrə təhsil alan tələbələr üçün ustad dərsi keçilib

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “CASA” Kulinariya Sənətləri Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində icra etdiyi “City and Guilds” diplom proqramında (dərəcə 2) aşpaz ixtisası üzrə qısamüddətli təlim kursunda təhsil alan tələbələr üçün ustad dərsi təşkil olunub.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, praktiki təlim zamanı tələbələrin iştirakı ilə Avropa mətbəxinə məxsus müxtəlif yemək və salatlar hazırlanıb. Milli mətbəx üzrə ustad dərslərinin növbəti ay keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, adıçəkilən qısamüddətli təlim kursunun iştirakçılarından üç nəfəri müvafiq olaraq ABŞ, Şri-Lanka və Rusiya vətəndaşıdır.

 

Qısamüddətli təlim kursunun sonunda iştirakçılar “CASA” Kulinariya Sənətləri Mərkəzi tərəfindən veriləcək dərəcə 2 üzrə “City and Guilds” diplomu və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin aşpaz ixtisası üzrə dövlət nümunəli sertifikatını əldə edəcəklər.