Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-05 15:50:00
Bağça müəllimlərinin işə qəbul nəticələri AÇIQLANDI

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

 

Bu barədə Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzinə AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, müsabiqənin test imtahanı mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Qeyd edək ki, noyabrın 16-da tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunub.