Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-04 12:38:00
İngilis dilini tədris edən “Örnək müəllim”dən maraqlı dərs – VİDEO + FOTOLAR

AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə “Örnək müəllimlər" layihəsini həyata keçirib. 

 

Bakı şəhərindən seçilən “Örnək müəllimlər”dən biri Reyhan Rzayevadır.

 

Reyhan Rzayeva 207 saylı tam orta məktəbdə İngilis dili müəllimi kimi fəaliyyət göstərir.

 

O, şagirdlərdə dil biliyini daha yaxşı inkişaf etdirmək məqsədi ilə dərslərində  müxtəlif metodlardan istifadə edir.

Bakı şəhəri, 207 saylı və 297 saylı tam orta məktəbin arasında telekörpü yaradaraq, 6- cı sinif şagirdləri arasında "My day" (mənim günüm) mövzusu ətrafında fikir mübadiləsi edilib.

 

Dərsin keçirilməsində əsas məqsəd müasir texnologiyalardan maksimum şəkildə yararlanaraq təhsilalanların xarici dildə ünsiyyət və nitq bacarıqlarının inkişafına nail olmaqdır.

 

Müəllimin “My day” mövzusunda keçdiyi dərsindən görüntüləri izləmək üçün “Telegram” kanalımıza keçid edə bilərsiniz: https://t.me/azeduT/655

 

Açıklama yok.

 

Açıklama yok.

 

Açıklama yok.