Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-27 09:20:00
Kolleclərə müsabiqə zamanı attestat qiymətləri nəzərə alınır? - DİM  

Məlum olduğu kimi, ümumi (9 illik) orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Ana dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

 

Şagirdləri maraqlandıran nüanslardan biri 9-illik təhsil bazasında kolleclərə müsabiqə zamanı attestatdakı qiymətlərin nəzərə alınıb-alınmayacağıdır.

 

AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.

 

"Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqda əlavə göstəricilərdən istifadə edilir"-deyə DİM-dən bildirilib.

 

Qeyd olunub ki, attestatda “Azərbaycan dili” (təlim Azərbaycan dilində olan məktəblərdə), “Rus dili” (təlim rus dilində olan məktəblərdə), “Gürcü dili” (təlim gürcü dilində olan məktəblərdə), “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, ”Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası ardıcıllıqla müqayisə edilir.