Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-24 17:35:00
Kurasiyalar üzrə məktəb direktorlarının görüşlərinə start verilib  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil müəssisələrinin direktorlarından ibarət kurasiyaların tərkibi müəyyənləşdirilib.

 

AzEdu.az xəbər verir ki,Kurasiyaların yaradılmasında əsas məqsəd idarəetmənin optimallaşdırılması, effektiv kommunikasiyanın yaradılması və peşəkar inkişafın təmin olunmasından ibarətdir.

 

Yeni tərkib 6-14 məktəb direktorundan ibarət olmaqla 28 kurasiya üzrə şəbəkələşdirilib. Kurasiyaların fəaliyyətini 35 nəfərdən ibarət komanda (7 nəfər BŞTİ rəhbərliyi və 28 kurator) müəyyən edir.

 

İdarə rəhbərliyi ilə ilk müzakirələrdən sonra kuratorlar məktəb rəhbərləri ilə onlayn və canlı görüşlərə start veriblər.

 

Görüşlərdə tədris-pedaqoji sənədlərlə işin təşkili məsələlərinə dair müzakirələr aparılıb və bu istiqamətdə lazımi tövsiyələr verilib.

 

Qeyd edək ki, növbəti görüşün müzakirə mövzusu məktəbdaxili qiymətləndirməyə həsr olunacaq.