Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-15 09:25:09
Sabahdan məktəblilərin payız tətili başlayır

Sabahdan, noyabrın 16-dan məktəblilərin payız tətili başlayır.

 

AzEdu.az xəbər verir ki, 5 günlük tətil noyabrın 20-də başa çatacaq.

 

Şagirdlər noyabrın 21-də dərsə gələcəklər.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr olmaqla 5 gün davam edir.