Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-15 09:24:00
 Şirvan-Salyanın  “Örnək müəllimlər”i  

AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.

 

Layihə çərçivəsində örnək müəllimlərin nümunəvi peşə davranış və yenilikçi pedaqoji fəaliyyətini əks etdirən informativ materiallar ictimaiyyətə, xüsusilə də təhsil kütləsinə çatdırılır.


Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.

 

Fəaliyyət coğrafiyası Şirvan-Salyan regionlarını əhatə edən həmin 10 müəllimin siyahısı ilə buradan tanış ola bilərsiniz:

 

1.Qönçə Məmmədova  - Azərbaycan dili və ədəbiyyat müəllimidir;

2.Fariz Ağayev - Tarix müəllimliyi;

3.Naibə Yusubova - Azərbaycan dili və ədəbiyyat müəllimidir;

4.Müxsə Məlikova - Coğrafiya müəllimidir;

5.Lalə Əzizova - Kimya müəllimliyi;

6.Günay Ağalarova - Riyaziyyat müllimliyi;

7.Yeganə Bayramova - Biologiya müəllimidir;

8.Gülarə Allahverdiyeva - İbtidai sinif müəllimidir;

9.Şəhla Rəhimova - Coğrafiya müəllimidir;

10.Çərkəz Babayeva  -İbtidai sinif müəllimidir.