Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-02 09:13:00
Mərkəzi Aranın “Örnək müəllimlər”i  

AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.

 

Layihə çərçivəsində örnək müəllimlərin nümunəvi peşə davranış və yenilikçi pedaqoji fəaliyyətini əks etdirən informativ materiallar ictimaiyyətə, xüsusilə də təhsil kütləsinə çatdırılır.


Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.

 

Fəaliyyət coğrafiyası Mərkəzi Aran regionlarını əhatə edən həmin 10 müəllimin siyahısı ilə buradan tanış ola bilərsiniz: 

 

1. Günay Kərimova - Mingəçevir şəhər İ.Kişiyev adına 17 nömrəli tam orta məktəbin Biologiya müəllimi;

2. Aygün Məmmədova - Mingəçevir şəhər N.Ahəngari adına 13 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi;

3. Telli Kərimxanova - Yevlax şəhər S.Vurğun adına 5 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi;

4. Nuranə Rəhimova - Yevlax şəhər N.Nərimanov adına 9 nömrəli tam orta məktəbin Tarix müəllimi;

5. Məlahət İsmayıl - Ağdaş şəhər Müşfiq İsayev adına tam orta məktəbin Təsviri incəsənət müəllimi;

6. Tahirə Əsədova - Göyçay şəhər M.Muradov adına 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

7. Xalidə Rəhimova  - Göyçay şəhər R.Rza adına 1 nömrəli tam orta məktəbin Fizika müəllimi;

8. Xeybər Hacıyev - Ucar şəhər 4 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi;

9. Ülviyyə Əliyeva - Zərdab şəhəri H.Aslanov adına 3 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi;

10. Gülbəniz İbrahimova - Kürdəmir şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin Tarix müəllimi.