Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-14 10:43:51
Beynəlxalq Elm Olimpiadasında  laboratoriya hazırlığı keçirilib

Artıq bir neçə ildir ki, Azərbaycan məktəbliləri Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (IJSO) ölkəmizi uğurla təmsil edirlər.

 

Bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitundan AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, cari ilin dekabr ayının ilk 10 günlüyündə Tailandın paytaxtı Banqkok şəhərində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (IJSO) təşkil ediləcək. Bununla əlaqədar seçmə imtahanları əsasında müəyyən olunan 6 nəfərlik milli komanda üzvlərinə müntəzəm olaraq nəzəri və praktiki dərslər keçirilir. Belə ki, noyabr ayından etibarən UFAZ-da fəaliyyət göstərən laboratoriya otaqlarında Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadasında (IJSO) iştirak edəcək milli komandanın iştirakçılarına laboratoriya hazırlığı keçirilib.

 

Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq prosesi ARTİ tərəfindən həyata keçirilir.

 

Bütün şagirdlərə uğurlar arzu edirik!