Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-01 15:02:00
REKTOR: Universitetlər yerləşdiyi şəhərin iqtisadiyyatını dəyişməlidir

“Universitetləri təkcə bilik verən və kadr hazırlayan bir müəssisə kimi deyil, iqtisadiyyatı müsbət mənada dəyişən sistem kimi baxmalıyıq”

 

AzEdu.az xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Təhsilin İnkişafı Forumunda "İnnovasiya ekosisteminin yaradılması" panelində çıxışı zamanı deyib.

 

“Bakı Ali Neft Məktəbinin əsas gücü SOCAR-da və müasir proqramlarındadır. Bunların hamısı əmək bazarının tələb etdiyi proqramlardır. Bu isə gəncləri cəlb edir. Yeni nəsil artıq öz istiqamətlərini müəyyənləşdirməkdə peşəkardır. Onalara yol göstərməyə ehtiyac yoxdur. Gənclərimiz praktik peşələri seçir və öz gələcəklərini düşünürlər".

 

Rektor qeyd edib ki, inkişaf etmiş ölkələrdə yerləşən universitetlərin büdcəsinə nəzər salsaq görərik ki, bu universitet büdcəsi deyil, bir iqtisadiyyatdır:

 

“Burada, artıq universitetlər yerləşdiyi şəhərin həyat tərzini, iqtisadiyyatını dəyişir. Biz ali məktəbləri bilik verən, kadr hazırlayan  bir müəssisə kimi deyil, şəhərin iqtisadiyyatını müsbət mənada dəyişən sistem kimi baxmalıyıq” - deyə fikirlərini yekunlaşdırıb.