Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-30 11:29:07
Lənkəranda tələbəni maşın vurub

Lənkəranda piyadanı maşın vurub.

 

Azedu.az APA-ya istinadən məlumat verir ki, hadisə Lənkəran şəhərinin Hənifə Abdullayev küçəsi-15 ünvanında qeydə alınıb. Lənkəran şəhər sakini 1980-ci il təvəllüdlü Malik Zəkəriyyə oğlu Əsgərov idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, Salyan şəhər sakini, 2005-ci il təvəllüdlü Jalə Rafət qızı Eyvazlını vurub. Xəsarət alan şəxs dərhal Lənkəran şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

 

 
 

 

J.Eyvazlının Lənkəran Dövlət Universitetinin 2-ci kurs tələbəsi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.