Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-30 11:09:41
Pedaqoji fakültənin qrup birinciləri mükafatlandırılıb

Bakı Mühəndislik Universitetində (BMU) Pedaqoji fakültə üzrə yüksək nəticələr əldə edərək qrup birincisi olmuş tələbələrin mükafatlandırılması mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, dekan Elşad Abdullayev tədbirin tələbələrin motivasiyası və stimullaşdırılması, onlar arasında sağlam rəqabətin formalaşdırlması, elm və təhsilə qarşı marağının daha da gücləndirilməsi məqsədi daşıdığını vurğulayıb və uğurlu nəticələri ilə fərqlənən tələbələri təbrik edib.

 

Sonra 2022/23-cü tədris ilinin yaz semestrinin yekunlarına görə fakültənin ixtisasları və kursları üzrə ən yüksək nəticə göstərən tələbələr mükafatlandırılıb. Qrup birincilərinə (Günel Əsgərova - Riyaziyyat və informatika müəllimliyi ixtisası, semestr üzrə orta müvəffəqiyyət göstəricisi 98.6 bal; Cəmalə Namazova - Riyaziyyat və informatika müəllimliyi ixtisası, 99.43 bal; Asiman Şərifli - Riyaziyyat və informatika müəllimliyi ixtisası, 99.27 bal; Aysel Həsənova - Riyaziyyat müəllimliyi ixtisası, 96 bal; Vera İbrahimova - Riyaziyyat müəllimliyi ixtisası, 98.1 bal; Fəzilə Təkləvi - Kimya müəllimliyi ixtisası, 96.47 bal; Mücahid Məmmədli - Kimya müəllimliyi ixtisası, 92.3 bal; Yasəmən Turablı - Fizika müəllimliyi ixtisası, 92.57 bal; Səliqə İsayeva - Fizika müəllimliyi ixtisası, 97.83 bal; Aysu İsrafilova - Biologiya müəllimliyi ixtisası, 93.03; Əsli Əlizadə - Biologiya müəllimliyi ixtisası, 93.7 bal) Fəxri Fərman və Tələbə Həmkarlar İttifaqı Komitəsinin hədiyyələri təqdim edilib.

 

Mükafatlandırmadan sonra fakültə üzrə Elmi Şuranın iclasında açıq dərslərin qrafikləri, tələbələr arasında tərbiyə işlərinin təşkili, tədris materialları ilə təchizat və digər məsələlər müzakirə edilib.