Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-28 17:08:24
Təhsil krediti alan tələbələrin sayı 25 minə çatıb

2021-ci il noyabrın 21-dən fəaliyyətə başlayan Təhsil Tələbə Krediti Fondu artıq üçüncü tədris ilidir ki, tələbələrə təhsil haqqı xərclərini ödəməkdə yardım edir.

 

AzEdu.az xəbər verir ki, rəsmiləşdirilmiş 25 min təhsil tələbə krediti həm də 2022-2026-cı illərdə sosial-iqtisadi strategiyada nəzərdə tutulmuş indikator üzrə ilkin nəticə üçün təsdiqlənmiş rəqəmdir.

 

Təhsil krediti alan 25 mininci şəxs Bakı Slavyan Universitetinin 2-ci kurs tələbəsi Jalə Rəhimlidir. Fond rəhbərliyi tərəfindən tələbəyə simvolik hədiyyə və təşəkkürnamə təqdim edilib.

 

Rəsmiləşdirilmiş 25 min kredit müqaviləsi 2021-2022-ci tədris ilinin birinci semestrində 11,58 faiz, 2021-2022-ci tədris ilinin ikinci semestrində 15,64 faiz, 2022-2023-cü tədris ilinin birinci semestrində 23,97 faiz, 2022-2023-cü tədris ilinin ikinci semestrində 26,87 faiz, 2023-2024-cü tədris ilinin birinci semestrində 21,95 faiz təşkil edir.

 

Ümumilikdə krediti rəsmiləşdirilən tələbələrin 72,47 faizi bakalavriat, 23,64 faizi magistratura və 3,88 faizi isə orta ixtisas təhsili səviyyələrində təhsil alan tələbələrdir.

 

Qeyd edək ki, 2023/2024-cü tədris ilinin birinci semestri üçün müraciətlərin qəbulu semestrin sonuna kimi davam edəcək.