Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-27 15:40:00
99 müəllim sertifikasiyanın müsahibə mərhələsindən KƏSİLDİ

Xəbər verdiyimiz kimi, bu gün sertifikasiyanın müsahibə nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

 

Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzindən AzEdu.az-a bildirilib ki, 14 oktyabr tarixinədək təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində isə 21883 nəfər təhsilverən iştirak edib. İştirak edən təhsilverənlərdən 21784 nəfəri uğur qazanıb.

 

 

Qeyd edək ki, müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.