Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-25 12:34:42
“Tələbə İnkişaf Proqramı – AzMİU” adlı forum keçirilib 

Azərbaycan Memarlıq və İnşaat Univeristetində (AzMİU) “GUYS” İctimai Birliyinin təşkilatçılığı, “Brain Design” Akademiyası və “Talk Time Academy”nin tərəfdaşlığı ilə “Tələbə İnkişaf  Proqramı – AzMİU” adlı forum keçirilib.

 

AzEdu.az xəbər verir ki, “GUYS” İctimai Birliyinin təsisçisi Mübariz Quliyevin moderatorluğu ilə keçirilən forumun məqsədi iş mühitində müvəffəqiyyət qazanmış spikerlərlə tələbələrin görüşünü gerçəkləşdirmək, onların gələcək karyera planlarına yön vermək və əmək bazarı ilə bağlı dəyərli məsləhətlər qazandırmaqdır.

 

AzMİU-nun prorektoru Orxan Naqdiyev çıxış edərək qonaqları salamlayıb, forumun tələbələr üçün faydasına toxunub. Prorektor AzMİU-da belə görüşlərin artıq ənənə halını aldığını, universitet rəhbərliyinin də marağında olduğunu qeyd edib. 

 

Forumda spiker qismində “Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, "Nefertum" MMC-nin direktoru, gənc sahibkar Fərid Quluzadə, "Talent Staff and Business Solutions" MMC-nin direktoru, İnsan Resursları üzrə mütəxəssis Sevda Quliyeva, "Büro Mühit" MMC-nin aparıcı memarı və AzMİU-nun müəllimi Teymur İsazadə iştirak edib. 

 

Spikerlər karyera yolunda ilkin addımlar, şəxsi inkişaf, qarşıya çıxan fürsətlər və onların dəyərləndirilməsi, əmək bazarının bugünkü tələbləri barədə öz təcrübələrini bölüşüblər.

 

Sonda iştirakçılar forumun tərəfdaş şirkətlərindən endirim fürsətləri qazanıb, elektron sertifikatlar əldə ediblər.

 

Qeyd edək ki, müasir təhsil modelinə sahib AzMİU tələbələrinə tək keyfiyyətli təhsil mühiti və ixtisas bilikləri qazandırmaqla kifayətlənmir, eləcə də onlara əmək bazarının tələblərinə cavab verən yumşaq bacarıqlar qazandırır. Universitet mütəmadi olaraq tələbələrin fərdi inkişaflarını dəstəkləyən layihələrə ev sahibliyi edir, müxtəlif istiqamətlərdə kurslar, vörkşoplar, master-klaslar təşkil edir.