Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-25 11:47:06
Küçəyə atılan körpələr fərqli müəssisələrə yerləşdiriləcəklər 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də Gəncə şəhərində küçəyə atılan körpələrlə bağlı açıqlama verib.

 

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, komitə uşaqların küçəyə atılması ilə bağlı araşdırma aparır:

 

“Artıq aidiyyəti dövlət qurumları da məsələni nəzarətə götürüb. Nənə ilə əlaqə saxlanılıb. O bildirib ki, uşaqların anası tüfeyli həyat tərzi keçirir və qəyyumluqdan imtina edib. Hazırda uşaqlar xəstəxanadadırlar. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən uşaqlar barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin altsisteminə yerləşdirilib. Ailənin yaşadığı evə baxış keçirilib, ananın tüfeyli həyat tərzi keçirdiyi təsdiq edilib. Dörd aylıq körpə Bakıda yerləşən körpələr evinə, iki yaşlı uşaq isə Gəncə uşaq evinə yerləşdiriləcək”.