Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-23 14:29:00
BMU-da sərgi keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Pedaqoji fakültənin Fizika kafedrasının təşkilatçılığı ilə fizika tədris laboratoriya işlərinə həsr olunan sərgi keçirilib.

 

Azedu.az xəbər verir ki, bu barədə BMU-dan məlumat verilib. 

 

Sərgini ziyarət edən BMU-nun rektoru Yaqub Piriyev fizika laboratoriyasında tədris prosesində tətbiq olunan cihaz və qurğular, eyni zamanda təcrübə və tədqiqat işlərinin aparılmasında istifadə edilən müxtəlif eksponatlarla tanış olub. Tələbələrlə söhbət edən rektor laboratoriya işlərini izləyib və onlara gələcək fəaliyyətləri ilə bağlı öz tövsiyələrini verib.

 

Ümumi fizika kursunun mexanika və molekulyar fizika bölmələrinə aid laboratoriya işlərinin yer aldığı sərgidə kafedranın müəllimləri Razim Bayramlı və Ülkər Abdurəhmanovanın həmmüəllifliyi ilə yeni çap olunmuş “Ümumi fizika kursundan laboratoriya praktikumu” adlı dərs vəsaiti də təqdim olunub. Kitabda uyğun laboratoriya işlərinin aid olduğu fiziki hadisənin ətraflı nəzəriyyəsi, qurğuların quraşdırılması, kompüter proqramı ilə idarə, əldə olunan nəticələri əks etdirən qiymətlərin sistemli şəkildə hesablanması üçün cədvəllər və s. öz əksini tapıb. Sərgidə sözügedən vəsaitdə yer almış müxtəlif laboratoriya işləri III və IV kurs tələbələri tərəfindən eksperimental olaraq nümayiş etdirilib.

 

Sərgi universitetin müəllim heyəti və tələblər tərəfindən maraqla qarşılanıb.