Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-23 12:55:36
AzTU-da seminar keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) nəzdində fəaliyyət göstərən AzTU Kitab Klubunun təşkilatçılığı ilə "Effektiv ünsiyyət və kommunikasiya bacarıqları" adlı seminar keçirilib.

 

Azedu.az xəbər verir ki, bu barədə AzTU-dan məlumat verilib. 

 

Əvvəlcə KİM-in direktoru Xəyalə Hacıyeva AzTU Kitab Klubunun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, klub mütəmadi olaraq tələbələr və əməkdaşlar üçün müxtəlif mövzularda təlim və seminarlar təşkil edir. Məqsəd mütaliəyə marağın artırılması, gənclərin özünüifadə bacarıqlarının inkişaf etdirilməsi, həmçinin kitabxanadan və kitabdan düzgün istifadə qaydalarını formalaşdırmaqdır.

 

Daha sonra KİM-in Təlim və tədqiqat xidmətləri şöbəsinin müdiri, psixoloq, təlimçi Lamiyə Miryaqubova, klinik psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı Fuad Əsədov, psixoloq, təlimçi, “LANDAU School”un əməkdaşı Leyla Sultan iştirakçılara mövzu üzrə zəruri məlumatlar veriblər.

 

Sonda iştirakçıların sualları cavablandırılıb.