Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-21 10:41:00
AzTU-da təlim keçirilib

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Elsevier” şirkəti tərəfindən Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları üçün “Scopus” və “ScienceDirect” bazalarından istifadə ilə bağlı təlim keçirilib.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Əvvəlcə AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov təlimin mahiyyəti barədə iştirakçılara məlumat verib.

 

Daha sonra “Elsevier” şirkətinin nümayəndəsi Kiril İvanov “Scopus” və “ScienceDirect” bazalarından istifadə ilə bağlı zəruri məlumatları diqqətə çatdırıb.

 

Təlimdə “Özünü qiymətləndirmə, hədəf müəyyən etmə və uzunmüddətli planlaşdırma”, “Data əsaslı qərar qəbuletmə”, “Tədqiqat infrastrukturunun inkişafı üçün potensialın yaradılması”, “Akademik heyət və tədqiqatçılar üçün baza kompetensiyaları” və digər mövzularda iştirakçılara ətraflı məlumat verilib.