Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-20 16:02:00
BMU-da tələbələr üçün təlim keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün “Uğura gedən yolda sən” adlı təlim keçirilib.

 

Azedu.az xəbər verir ki, bu barədə BMU-dan məlumat verilib. 

 

Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən Logistika klubunun təşkil etdiyi tədbirdə “Motivator Azərbaycan” layihəsinin təsisçisi Rüfət Həsənov, “Elseo MMC”-nin təsisçisi Elşən Elsoy və “Saxara Salonları”nın təsisçisi Sərxan Qulamlı çıxış ediblər.

 

Natiqlər motivasiya xarakterli çıxışlarında tələbələrə davamlı fərdi inkişaf, xəyal, ideya və təşəbbüslərinin gerçəkliyə çevrilməsi, bu yolda uğur qazanmağın sirləri, üzləşdikləri çərinliklər, ümumilikdə şəxsi biznes ideyalarının reallaşdırılması ilə bağlı təcrübələri haqda məlumat veriblər.

 

Layihələrinin daha da genişləndirilməsi məqsədilə növbəti plan və hədəflərini tələbələrlə bölüşən spikerlər, eyni zamanda onlara komandada bərabər işləmək qabiliyyəti, daim ruh yüksəkliyini qoruyub saxlamaq, özünəinam hissini inkişaf etdirmək, bütün bunların fonunda isə uğur qazandıqca insani dəyər və keyfiyyətlərdən heç vaxt uzaqlaşmamağı tövsiyə ediblər.

 

Sonra auditoriya ilə sual-cavab formatında davam edən tədbirdə fəallığı ilə seçilən 10 tələbəyə THİK tərəfindən hədiyyələr təqdim olunub.