Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-20 13:16:14
BMU-da seminar keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) informasiya və analitika sahəsində qlobal lider kimi tanınan “Elsevier” beynəlxalq elmi bazasından istifadə imkanları ilə bağlı seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, universitetin professor-müəllim heyəti üçün nəzərdə tutulan seminarda BMU-nun elmi işlər üzrə prorektoru Elçin Süleymanov azərbaycanlı alim və elm adamlarının əldə etdikləri nəticələrin dünya elmi ictimaiyyəti arasında tanıdılması istiqamətində beynəlxalq elmi bazalarla əməkdaşlığın xüsusi rol oynadığına diqqət çəkib. Prorektor elmi bazalardan istifadənin əhəmiyyəti, xüsusən “Elsevier”-in digər elmi bazalarla müqayisəsi, təklif etdiyi xidmət və imkanları haqda məlumat verib.

 

Sonra “Elsevier”-in Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Rəbiqə Xocamkul (Rabiga Khozhamkul) elmi baza və onun müxtəlif xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi ilə bağlı təqdimatla çıxış edib. Təqdimatında uğurlu məqalə yazmağın yolları haqqında danışan “Elsevier” əməkdaşı məqalələrin beynəlxalq və yüksək reytinqli elmi jurnallarda dərc edilməsinin ümumi nəticəyə təsiri, o cümlədən uğurlu nəşr üçün vacib mərhələlər, populyar mövzu seçimi, nəşr üçün düzgün elmi jurnallara müraciət və s. haqda məsələlərə toxunub.

 

İnteraktiv formada davam edən tədbirdə “Elsevier”-in ən böyük tezislər, sitat və istinad bazası olan “Scopus”, elmi nəşrlərin böyük biblioqrafik məlumat bazasına çıxışı təmin edən vebsaytı - “ScienceDirect” kimi xidmətləri haqda da geniş danışılıb, həmçinin seminar iştirakçılarının sualları cavablandırılıb.