Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-15 10:13:00
Məktəblər üçün metodik vəsait çap olunub

Təhsil İnstitutu “Ümumtəhsil məktəblərində Nizami Gəncəvi yaradıcılığının tədrisi məsələləri” adlı metodik vəsait hazırlayıb.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, metodik tövsiyə “Nizami Gəncəvinin əsərlərinin tədrisi” və “Nizami Gəncəvinin əsərləri tərbiyə vasitəsi kimi” bölmələrindən ibarətdir.

 

Birinci bölmədə ümumtəhsil məktəblərində Nizami Gəncəvinin həyat və yaradıcılığının tədrisi tarixindən, Nizami Gəncəvi söz haqqında və onun tədrisdə məktəblilərə aşılanmasından, Azərbaycan tarixinin tədrisində Nizami Gəncəvi irsinin öyrədilməsi məsələlərindən, Azərbaycan dili təlimində Nizami yaradıcılığından istifadə imkanlarından bəhs olunur. İkinci bölmədə isə Nizami Gəncəvi əsərlərində dəyərlər, ailə dəyərləri və bunların şagirdlərə aşılanması imkanları, Nizami Gəncəvinin əsərləri vasitəsilə şagirdlərdə əxlaqi keyfiyyətlərin formalaşdırılması və onların estetik tərbiyəsi kimi məsələlər yer alıb.

 

Metodik tövsiyədən məktəb rəhbərləri, müəllimlər, metodistlər, təhsil sahəsində fəaliyyət göstərən mütəxəssislər, tələbələr, doktorant və dissertantlar istifadə edə bilərlər.